news Image
2016.05.11
17:46
| A A A
Siqaret və dərman preparatlarını qaçaq yolla ölkəyə keçirmək cəhdi alınmadı (FOTO)

Xaçmaz Gömrük İdarəsinin əməkdaşları tütün məmulatları və dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, idarənin "Yalama" gömrük postunun gömrük nəzarəti zonasında Moskva-Bakı sərnişin qatarı ilə gələn Azərbaycan vətəndaşının əl yüklərinə baxış keçirilib. Yoxlama zamanı gömrük orqanlarına əvvəlcədən bəyan edilməyən 3 adda 34 800 ədəd siqaret aşkar edilərək götürülüb.


Tütün məmulatlarının qaçaqmalçılığı ilə bağlı digər bir fakt isə idarənin "Xanoba" gömrük postunda aşkar olunub. Belə ki, Rusiya istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirilib. Yoxlama zamanı avtomobilin yük yerindən və salonundan gömrük nəzarətindən gizlədilən 60 000 ədəd siqaret aşkar edilərək götürülüb.


"Samur" gömrük postunun əməkdaşları isə müxtəlif markalı dərman preparatlarının qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb. Rusiya istiqamətindən postun gömrük nəzarəti zonasına daxil olan Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobilin arxa oturacağının altında gömrük nəzarətindən gizlədilən 6800 kapsul "Ritamitsin150 mq", 10 200 kapsul "Pirozinamid500 mq", 1900 həb "Etambutol Akri 400 mq", 330 həb "İzoniazid 300 mq", 300 flakon "Streptomitsin1 q", 10 qutu "Zivoks 2 mq" dərman preparatları aşkar edilərək götürülüb.


Hər 3 faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs