Əlaqə Arxiv
news Image
2016.05.12
10:22
| A A A
Jurnalist özünü asdı

Poltavada yerli "Qromadsk TB"nin jurnalisti Anatoli Melejika dünən öz mənzilində intihar edib.


Movqe.az  bildirir ki, jurnalist özünü asmazdan əvvəl sosial şəbəkədə vida məktubu yazıb.


Bunu oxuyandan sonra əməliyyatçılar Melejikanın evinə gəliblər, onlar qapını sındırıb içəri girəndə onun meyitini aşkar ediblər.


"Avtomobil, noutbuk, şəxsi hesabımdakı 10 min qrivnanı və nəyim varsa hər şeyi Lyudmila Qudzaya vəsiyyət edirəm", - jurnalist intihardan əvvəl yazıb.


"Siz bu sözləri oxuyanda, mən artıq bir saat əvvəldən sağ olmayacağam, ona görə tələsməyə bilərsiniz, məni artıq xilas edə bilməyəcəksiniz", - jurnalistin Facebook səhivəsində belə məzmunlu yazı da olub.


O, öz yazısında "Qromkadsk TB. Poltava"nın redaktorunu da ölümündə günahkar bilib.


"Qromadsk TB"nin rəhbəri Boqdan Zvyaqolski isə deyib ki, jurnalist 20 min qrivna mənimsəməkdə təqsirkar bilinirdi./modern.az/


Poltava vilayəti polisinin rəhbəri Oleq Bexanın sözlərinə görə, ölüm həddinə çatdırma maddəsi ilə cinayət işi başlanılıb.

Sizin Reklam Yeriniz