Əlaqə Arxiv
news Image
2016.05.13
11:00
| A A A
Türkiyədə növbəti terror - 4 ölü, 20 yaralı

Türkiyənin Diyarbəkir vilayətində növbəti terror aktı törədilib.Movqe.az-ın Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, PKK terrorçuları tərəfindən törədilən partlayış nəticəsində 4 nəfər ölüb, 20 nəfər yaralanıb. Diyarbəkir vilayətinin Sur ilçəsində sakinləri təhdid etdikdən sonra qaçan PKK-lılar təqib edildiklərini anlayınca, hərəkət etdikləri maşını partladıblar. Nəticədə onları təqib edən sakinlərdən 4-ü ölüb, 20-si isə yaralanıb. Qeyd edək ki, son aylar Diyarbəkirdə PKK əleyhinə bir neçə əməliyyat keçirilib.


Sizin Reklam Yeriniz