news Image
2016.05.13
20:30
| A A A
Mağazalardan haqq yığan "Ombudsman Aparatı əməkdaşı" tutuldu

Qazaxda özünü Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombusdman) Aparatının əməkdaşı kimi təqdim edən şəxs tutulub.

"Report" bildirir ki, rayon sakinlərinə özünü Ombusdman Aparatının əməkdaşı kimi təqdim edən 55 yaşlı Şahməddin Həsənov müxtəlif mağazalara gedərək dələduzluq edib.

Ş.Həsənovun sonuncu qurbanı Qazax rayon sakini Fariz Namazov olub. Zərərçəkən Qazax Rayon Polis Şöbəsinə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsədiyini bildirib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayonunun Poylu qəsəbəsində saxlanılıb.

Araşdırmalar zamanı onun Şirvan şəhərində qeydiyyatda olduğu məlum olub.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs