Əlaqə Arxiv
news Image
2016.05.13
21:00
| A A A
Hərbi Prokurorluq: "Ermənilər hərbçilərimizin meyitlərini təhqir edib"

"Cəbhə xəttində aprel hadisələri zamanı həlak olan Azərbaycan hərbçilərinin meyitləri ermənilər tərəfindən təhqir olunub". Trend-in məlumatına görə, bunu hərbi prokurorun böyük köməkçisi, polkovnik Səfər Əhmədov bu gün Milli Məclisdə keçirilən "Təmas xəttində son hadisələr: Beynəlxalq humanitar hüququn probemləri" adlı dinləmələrdə deyib.

O qeyd edib ki, Azərbaycan tərəfinə təhvil verilmiş hərbi qulluqçularımızın meyitlərinə baxış zamanı meyitlərin təhqir edildiyi məlum olub: "Onlar öldükdən sonra meyitləri üzərində təhqiramiz hərəkətə yol verilib. Məsələn, bir neçə hərbi qulluqçunun qulaq seyvanı kəsilib, gözü çıxarılıb, qarın boşluğu yarılıb".

S.Əhmədov bildirib ki, bununla bağlı Tərtər hərbi prokurorluğu tərəfindən cinayət işi başlanıb, hazırda istintaq aparılır: "Eyni zamanda 26-28 aprel tarixində Tərtər rayonu Əksipara kəndi atəşə tutulub. Kənd ərazisində pambıq sahəsində partlamamış top mərmisi aşkar edilib. Onun zəhərli, 122 mm çaplı top mərmisi olduğu üzə çıxıb. Cinayət işlərinin istintaqı davam etdirilir".

Sizin Reklam Yeriniz