Əlaqə Arxiv
news Image
2016.05.15
16:30
| A A A
Papanın bacısı nəvəsi qarət olundu

Roma Papası Fransiskin bacısı nəvəsi Xose İqnasio Berqolyo oğruların qurbanı olub.Movqe.az-ın məlumatına görə, Buenos-Ayres yaxınlığında yaşayan Berqolyonun avtomobilini iki şəxs saxlayıb və maşına minərək bir neçə küçə keçərək insanların olmadığı yerdə saxlamağa vadar ediblər. Daha sonra cinayətkarlar onu bıcaqla təhdid edərək maşınında olan pulu, üst geyimini və paltarla dolu kisəni götürüb hadisə yerindən uzaqlaşıblar.


Hazırda hadisəni törədənlərin axtarışı davam edir. San-Fernando şəhərinin baş prokuro Oskar Nunyes Harretonun sözlərinə görə, faktla bağlı artıq "qanunsuz azadlıqdan məhrum etmə və oğurluq maddəsi" ilə cinayət işi qaldırılıb.


Daha əvvəl İspaniyanın "Abc" nəşrinə müsahibə Xose İqnasio dayısının əvvəl həkim olmaq istədiyini bildirmişdi: "Dayım nənəmə söz vermişdir ki, tibbdə oxuyacaq, amma yekunda canları müalicə etməyə qərar verdi".


Roma Papası Fransisk - Xorxe Mario Berqolyo 1936-cı il dekabrın 17-də Buenos-Ayresdə dəmiryolçu işləyən italiyalı emiqrant ailəsində dünyaya gəlib. Ailənin 5 uşağının ən kiçiyi olub. Kimya üzrə texnik diplomu alıb. 1992-ci ildə Buenos-Ayresin köməkçi yepiskopu təyin edilib. 1997-ci ildə Buenos-Ayres arxiyepiskopunun koadyuttoru (yepiskopluğun varislik hüququna sahib olan yepiskopu) təyin olunub.

Xorxe Mario Berqalio 14 mart 2013-cü ildə Roma Papası seçilib. Papı seçildikdən sonra Fransisk adını qəbul edib.

Sizin Reklam Yeriniz