news Image
2016.05.16
10:30
| A A A
DGK: Ölkəyə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretin realizəsinin qarşısı alınıb (FOTO)

Aksiz Baş Gömrük İdarəsinin əməkdaşları ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən külli miqdarda siqaretlərin realizə edilməsinin qarşısını alıb.


Bu barədə Movqe.az-a Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.


Baş idarəyə Sabunçu rayonu, Bakıxanov qəsəbəsi ərazisində yerləşən Azərbaycan Respublikası vətəndaşına məxsus ticarət obyektində Rusiya Federasiyasından qaçaqmalçılıq yolu ilə gətirilən siqaretlərin realizə olunması barədə əməliyyat məlumatı daxil olub.


Həmin obyektə Baş idarənin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən keçirilən baxış zamanı Qazax rayon sakininə məxsus, üzərində hər hansı aksiz markası olmayan, eyni zamanda Rusiya, Gürcüstan, Ukrayna və Belarus dövlətlərinin aksiz markası ilə markalanan külli miqdarda xarici markalı siqaretlər aşkar edilərək götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs