news Image
2016.05.17
17:32
| A A A
Cahangir Hacıyev ev dustağı olmaq istəyir

Azərbaycan Beynəlxalq Bankının İdarə Heyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin barəsindəki həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı Nərimanov rayon Məhkəməsinə müraciət olunub. Movqe.az xəbər verir ki, bu barədə Trend-ə C.Hacıyevin vəkili Aqil Layicov məlumat verib.


Vəkil bildirib ki, müraciətin edilməsinə səbəb C.Hacıyevin səhhətinin pisləşməsidir: "Onun ev şəraitində müalicə olunmağa ehtiyacı var. Bu səbəbdən Cahangir Hacıyevin istintaq müddətində ev dustağı edilməsi və ev şəraitində müalicə olunması üçün Nərimanov rayon Məhkəməsinə müraciət etdim".


Xatırladaq ki, dünən günorta saatlarında 1 saylı Bakı İstintaq təcridxanasında C.Hacıyev vəkili ilə görüşərkən özünü qəfildən pis hiss edib. Görüş zamanı qəfildən halı pisləşən C.Hacıyevə ilkin tibbi yardım göstərilib.


Qeyd edək ki, C.Hacıyev Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə) və 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə; ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham olunaraq barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs