news Image
2016.05.18
15:42
| A A A
Avtomobilin qapılarında 14 min siqaret (FOTO)

Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Tovuz rayon sakininin idarə etdiyi "Nissan X-trail" markalı nəqliyyat vasitəsinə tütün məmulatlarının axtarışı üzrə "Belıy" ləqəbli kinoloji xidmət itinin vasitəsilə baxış keçirilib.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a  verilən məlumata görə, xidməti itin avtomobilin qapılarına verdiyi reaksiya əsasında nəqliyyat vasitəsinin qapılarının içliyi sökülüb və nəticədə avtomobilin qapılarının içərisindən gömrük nəzarətindən gizlədilən 14 min ədəd müxtəlif markalı siqaret aşkar edilib.


Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs