Əlaqə Arxiv
news Image
2016.05.19
10:17
| A A A
Misirdə təyyarə qəzası: 69 nəfər itkin düşdü
Paris-Qahirə reysini həyata keçirən Misirin "EgyptAir" aviaşirkətinə məxsus sərnişin təyyarəsi radarlardan itib. Movqe.az  "Ria Novosti" agentliyinə istinadən xəbər verir ki, ilkin ehtimallara görə, təyyarə Aralıq dənizinə düşüb. Qəza zamanı təyyarədə 3-ü azyaşlı olmaqla 59 sərnişin və 10 ekipaj üzvü olub. Onların itkin düşdüyü bildirilib. Misir və Yunanıstandan olan xilasedicilər axtarışlara başlayıb. "SkyNews Arabia" telekanalının məlumatına görə, təyyarədə Misir, Səudiyyə Ərəbistanı, Fransa, Böyük Britaniya və İraq vətəndaşları olub.   Qeyd edək ki, itkin düşən A-320 təyyarəsi 2003-cü ildə istehsal olunub və təcrübəli pilotlar tərəfindən idarə olunub. 
Sizin Reklam Yeriniz