Əlaqə Arxiv
news Image
2016.05.20
11:30
| A A A
Bakıda məktəb həyətində cinayət

Bakının Xəzər rayonunda ər keçmiş arvadını bıçaqlayıb. Movqe.az APA-ya istinadən xəbər verir ki, hadisə ötən gün Binə qəsəbəsində yerləşən məktəbin həyətində baş verib. Ruziyyə Babacan qızı Dəmirova həyat yoldaşından boşanandan sonra keçmiş əri iki azyaşlı oğlunu öz yanında saxlayıb. Ruziyyə Dəmirova da məktəbdə oxuyan uşaqlarını görmək üçün dərs vaxtının sonunda məktəbə gedib. Bu zaman uşaqların atası da məktəbə gəlib. Ruziyyənin uşaqlarla söhbət etməsini görən keçmiş əri bıçaqla ona hücum edib. Keçmiş ər uşaqlarının gözü qarşısında Ruziyyə Dəmirovanı bıçaqlayıb. Yaralı təcili tibbi yardım avtomobili ilə xəstəxanaya çatdırılıb. Həkimlər onun həyatını xilas edə biliblər. Hadisəni törətməkdə şübhəli bilinən şəxsi Xəzər rayon Polis İdarəsinin 2-ci polis bölməsinin əməkdaşları keçirdikləri əməliyyat nəticəsində yaxalayaraq istintaqa təhvil veriblər. Faktla əlaqədar cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Sizin Reklam Yeriniz