news Image
2016.05.20
16:34
| A A A
Təyyarə qəzasında həlak olanların cəsədləri Bakıya gətirildi

"SilkWay" aviaşirkətinə məxsus "An-12" yük təyyarəsinin mayın 18-də Əfqanıstanda qəzaya uğraması nəticəsində ölən yeddi heyət üzvünün cəsədi bu gün Bakıya gətirilib. Azərbaycan Dövlət Mülki Aviasiya Administrasiyasından Movqe.az-a verilən məlumata görə, bundan sonra zəruri məhkəmə-tibbi ekspertizası aparılacaq. Xatırladaq ki, qəzaya uğrayan təyyarə Əfqanıstan daxilində yük daşımalarını həyata keçirmək məqsədilə "SilkWay" şirkətindən icarəyə götürülüb. Təyyarə Dvayerə Baqrandan (Əfqanıstan) gəlib və yanacaq doldurulması üçün Marı şəhərinə (Türkmənistan) yola düşüb. Təyyarənin göyərtəsində yük olmayıb. Təyyarənin göyərtəsində beş Azərbaycan vətəndaşı, üç Ukrayna vətəndaşı və bir Özbəkistan vətəndaşından ibarət (hava gəmisinin kapitanı) doqquz ekipaj üzvü olub. Hadisə nəticəsində iki Ukrayna vətəndaşı - texniklər Qanja Andrey və Əliyev Rəmzi sağ qalıb. Onların vəziyyəti stabil qənaətbəxş olaraq qiymətləndirilir və onlara bütün lazımi tibbi yardım göstərilir. Bundan əlavə, qəzaya uğrayan "An-12" təyyarəsinin "qara qutuları" Bakıya gətirilmişdir və onların vəziyyəti qənaətbəxş kimi qiymətləndirilir. "Qara qutuların" oxunması ilə Azərbaycan tərəfi Dövlətlərarası Aviasiya Komitəsinin (DAK) mütəxəssisləri ilə birlikdə məşğul olacaq. 

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs