Əlaqə Arxiv
news Image
2016.05.20
16:46
| A A A
Hərbçimiz yol qəzasında həlak oldu

Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, Yardımlı rayon sakini, 1978-ci il təvəllüdlü Rəfayel İsmi oğlu Tərlanov idarə etdiyi "Mercedes" markalı avomobillə hərəkətdə olarkən qəfildən idarəetməni itirib və maşını aşırıb. Qəza nəticəsində sürücü R. Tərlanov ağır bədən xəsarətləri alıb və Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan bildiriblər ki, onun vəziyyəti orta ağırdır.

Avtomobildə olan sərnişin - Qobustan rayon sakini, 1992-ci il təvəllüdlü Mirdamət Rahib oğlu Qocayev isə aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Məlumata görə, dünyasını dəyişən 24 yaşlı gənc hərbçi olub və həmin gün onun doğum günü imiş. Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır. (ans)

Sizin Reklam Yeriniz