Əlaqə Arxiv
news Image
2016.05.22
16:30
| A A A
Taliblərin lideri Mansurun həlak olduğunu təsdiqlənib

Taliblərin yüksək vəzifəli komandiri molla Abdul Rauf qruplaşmanın lideri Əhtar Mansurun ABŞ-ın pilotsuz ucan aparatının zərbəsi nəticəsində həlak olması faktını təsdiqləyib. O, molla Mansurun Əfqanıstan-Pakistan sərhədi rayonunda öldürüldüyünü deyib.


Movqe.az-ın RİA Novosti-yə istinadən verdiyi məlumata əsasən, ABŞ-ın pilotsuz ucan aparatı mayın 21-də Pakistan sərhədi yaxınlığında yerləşən Əhməd-Val şəhərinin cənub-qərbinə zərbələr endirib.


Xatırladaq ki, molla Mansur hərəkata "Taliban"ın banisi molla Məhəmməd Ömərin ölümündən sonra 2015-ci ilin yayından rəsmən liderlik etməyə başlamışdı.

Sizin Reklam Yeriniz