Əlaqə Arxiv
news Image
2016.05.23
10:30
| A A A
Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb - YENİLƏNİB

Bakıda orta məktəbdə baş verən yanğın söndürülüb. 

 

Bu barədə Movqe.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib. Qeyd olunub ki, hazırda yanğının baş vermə səbəbləri araşdırılır. 

 

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev APA-ya bildirib ki, yanğın zamanı xəsarət alan olmayıb. 

 

 

***

09:38

 

Bakının Əhmədli qəsəbəsində yerləşən 95 saylı orta məktəbdə yanğın başlayıb.

 

Movqe.az-ın xəbərinə görə, hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub. Məktəbdəki şagird və müəllimlər təxliyə edilib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür./apa/

Sizin Reklam Yeriniz