news Image
2016.05.23
18:10
| A A A
Bakıda kütləvi davaya qadın da qoşuldu

Bakıda kütləvi dava olub. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən APA-ya verilən məlumata görə, hadisə Bilgəh qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakinləri - 1973-cü il təvəllüdlü Seymur Kamil oğlu Babayev, 1993-cü il təvəllüdlü İxtiyar Yusif oğlu Məmmədov, 1991-ci il təvəllüdlü Tərlan Şamil oğlu Quliyev və 1975-ci il təvəllüdlü Gülnarə İbrahim qızı Babayevanın iştirak etdiyi davada onlar bir-birilərinə xəsarət yetiriblər. Dava iştirakçılarından T. Quliyev və İ. Məmmədov xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs