news Image
2016.05.25
14:00
| A A A
Ali Məhkəmə sabiq nazirin şikayətini təmin etməyib

Bu gün Ali Məhkəmədə həbsdə olan sabiq nazir Nicat Quliyevin barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb.

 

Movqe.az APA-ya istinadən xəbər verir ki,  bu barədə məlumat verən N. Quliyevin vəkili Əfqan Məmmədov bildirib ki, məhkəmə kassasiya şikayətini təmin etməyib.

 

Qeyd edək ki, Nicat Əmir oğlu Quliyev Cinayət Məcəlləsinin 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla) partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsində nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilindiyinə görə, 2013-cü il avqustun 7-də tutulub. Abşeron Rayon Məhkəməsinin hökmü ilə N.Quliyev 3 il müddətinə azadlıqdan məhrum edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə hökmdən təqsirləndirilən şəxsin verdiyi apellyasiya şikayətini təmin etməyib. Bundan sonra kassasiya şikayəti verilib. Şikayətdə onun barəsində olan cinayət işinin ləğv edilməsi, azadlığa buraxılması istənilib.

 

N. Quliyev 1993-95-ci illərdə Azərbaycanın xarici iqtisadi əlaqələr naziri vəzifəsini müvəqqəti icra edib. Sonra Acarıstana gedib, 2004-cü ilədək prezident Aslan Abaşidzenin müşaviri postunda çalışıb. Bundan sonra Azərbaycana qayıdıb, Türkiyə və Azərbaycanda bizneslə məşğul olub.

 

N.Quliyev 2005-ci il oktyabrın 19-da da həbs edilib. Ona qarşı dövlət çevrilişinə cəhddə iştirak maddəsi ilə ittiham irəli sürülsə də, az sonra azadlığa buraxılıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs