news Image
2016.05.26
11:46
| A A A
Bakıda avtobusun iştirakı ilə növbəti qəza ölümə səbəb oldu

Bakıda sərnişin avtobusunun iştirakı ilə baş vermiş ağır qəzada ölən şəxsin kimliyi məlum olub. Yasamal rayon Polis İdarəsindən Lent.az-a bildirilib ki, Dairəvi yolda "Mercedes" markalı minik avtomobilinin 211 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı marşrut avtobusuna çırpılması nəticəsində vəfat edən sürücü 41 yaşlı Natiq Eminov olub. Faktla bağlı Yasamal rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Xatırladaq ki, Yasamal rayonu ərazisində, Dairəvi yolda "Mercedes" markalı minik avtomobili "Daewoo" markalı, 10 TG 280 dövlət qeydiyyat nişanlı sərnişin avtobusuna çırpılıb. Nəticədə minik avtomobilinin 41 yaşlı sürücüsü ağır xəsarətlər alıb və hadisədən 2 saat sonra xəstəxanada vəfat edib. Bildirilir ki, qəzaya avtobusun hərəkət sürətini qəfil azaltması və sürətlə hərəkət edən minik avtomobilinin arxadan olan çırpılması səbəb olub. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs