Əlaqə Arxiv
news Image
2016.05.26
14:05
| A A A
Zorlamaq istədiyi qadın boğazını kəsib öldürdü

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qohumunu bıçaqlayaraq öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Aygün Ələkbərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Movqe.az lent.az-a istinadən bildirir ki, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmə baxışı iyun 9-a təyin edilib.

Qeyd edək ki, hadisə bu il  yanvarın 27-də Xətai rayonunda qeydə alınıb. Bakı şəhər sakini, 32 yaşlı Aygün Ələkbərova yaşadığı evdə 1956-cı il təvəllüdlü Hökməli Fətəliyevə boğazından bıçaqla xəsarət yetirib. Faktla bağlı Xətai Rayon Prokurorluğundan Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb. Hadisəni törədən A. Ələkbərova Cinayət Məcəlləsinin həmin maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib.

H. Fətəliyev fevralın 11-də aldığı xəsarətdən xəstəxanada ölüb. Bu səbəbdən də başlanmış cinayət işi həmin məcəllənin 126.3-cü (qəsdəm sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.

 

Onu da qeyd edək ki, qətlə yetirilən Hökməli Fətəliyev Aygün Ələkbərovanın həyat yoldaşının əmisidir. Aygün Ələkbərova ifadəsində kirayə qaldığı evə sərxoş vəziyyətdə gələn qohumunu ona qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi üçün bıçaqladığını bildirib.

Sizin Reklam Yeriniz