news Image
2016.05.30
11:30
| A A A
Xızıda baş verən qəzada ölənlərdən 2-in, yaralanan şəxslərdən 15 nəfərin kimliyi məlum olub - YENİLƏNİB


Bu gün axşam saatlarında Xızı rayonunda baş verən qəzada xəsarət alan 15 nəfərin şəxsiyyəti məlum olub.

 

Movqe.az-ın verdiyi məlumata görə, onlar 2005-ci il təvəllüdlü Nigar Kazımlı, 1965-ci il təvəllüdlü İndira,Ziba Rəhimova,Lalı Rəhmanova,1950-ci il Qafar Abdullayev, 1951-ci il təvəllüdlü Çaylar Mikayılov,Rasim Rzayev,Leyla Fəryadova, İsmayıl Feyzullayev, 1966-cı il təvəllüdlü Əsəd Qurbanov,1954-cü il təvəllüdlü Nizami Abdullayev,İradə Əliyeva,Fərqanə Fərzəliyeva,Hədiyyə Əliyev,Vüsalə Ağabəylidir.

 

Ölən iki nəfər isə Sumqayıt Dövlət Texniki Kollecinin müəlimi 1984-cü il təvəllüdlü Hacıyev Kamil İslam oğlu və kollecin yeməkxanasında çalışan Dilarə adlı xanımdır.apa

 

***

 

21:04

 

Xızının Xələfli kəndində baş verən yol qəzası nəticəsində xəsarət alanların sayı 21-ə çatıb.

Movqe.az-ın xəbərinə görə, xəsarət alanların xəstəxanalara aparılması üçün Xızı, Siyəzən və Sumqayıtdan təcili-tibbi yardım briqadalar cəlb olunub.

 

Məlumat verildiyi kimi, "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb. Hadisənin başvermə səbəbi hələ ki, məlum deyil. Faktla bağlı araşdırmalar davam etdirilir.apa

 

***

 

20:44

 

 Xızı rayonu, Xələflər kəndi ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

 

Movqe.az-ın xəbərinə görə, içərisində tələbələr olan "Hyundai" markalı avtobus yoldan çıxaraq dərəyə aşıb.

 

İlkin məlumata əsasən, qəza nəticəsində 2 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Yaralılar Xızı rayon Mərkəzi Xəstəxanasına çatdırılır.apa

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs