12 futbol azarkeşi öldürülüb
İraqın Baakuba şəhərində silahlı hücüm nəticəsində "Real" (Madrid) futbol klubunun12 azarkeşi öldürülüb.
Movqe.az-ın "apa-ya istinadən
verdiyi məlumata görə, insident "Real Madrid" azarkeşlərinin
toplaşdıqları mərkəzdə, UEFA Çempionlar Liqasının final matçının
yayımlandığı zaman baş verib.
Mərkəzə daxil olan silahlılar 12 nəfəri öldürərək hadisə yerindən
qaçıblar. Terror aktının İŞİD terror qruplaşması tərəfindən
törədildiyi ehtimal olunur.
Xatırladaq ki, mayın 13-də oxşar hadisə Səmarra şəhərində qeydə
alınıb. "Real Madrid"in İraqda yerləşən mərkəzlərindən birinə
edilən hücum nəticəsində 16 nəfər öldürülüb. Hadisəyə görə
məsuliyyəti İŞİD öz üzərinə götürüb.