Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Qiymətli ağacların yanmasına səbəb olanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olundu
 
 
news Image
2016.05.30
19:30
| A A A
Qiymətli ağacların yanmasına səbəb olanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət olundu

Bakı-Qazax yolunun 110-111-ci kilometrliyində - Hacıqabul rayonu ərazisindəki dəmiryol xəttinin kənarında quru ot örtüyündə yanğın hadisəsi baş verib. Yanğın sonradan 2008-ci ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahəsinə keçib.


Movqe.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mətbuat xidmətinin rəhbəri İradə İbrahimova Trend-ə billdirib ki, yanğın zamanı 1 hektar ərazidə 180 ədəd Eldar şamı yanaraq məhv olub, 90 ədəd Eldar şamı, 103 ədəd yaşıl göyrüc, 113 ədəd akasiya və 60 ədəd zeytun ağacına ziyan dəyib. İlkin ehtimala görə, yanğının baş verməsinə bəzi ehtiyatsız şəxslər tərəfindən söndürülməmiş papiros kötüyünün yerə atılması səbəb olub: "Yanğının söndürülməsi üçün əraziyə dərhal ETSN-in və Hacıqabul rayon Yanğından Mühafizə Dəstəsinin əməkdaşları cəlb olunub və operativ tədbirlər nəticəsində yanğın söndürülüb. Təəssüf ki, bəzi vətəndaşların ehtiyatsızlığı və məsuliyyətsizliyi nəticəsində səkkizillik ağaclar məhv olub, magistral yol kənarında artıq meşə zolağına çevrilmiş yaşıllıq sahəsinin bir hissəsi yanaraq külə dönüb".


İ.İbrahimova deyib ki, ETSN əməkdaşları tərəfindən yanğın baş vermiş ərazidə artıq meşə-bərpa tədbirlərinə başlanılıb.


Təqsirkarların tapılıb cəzalandırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi havaların isti keçməsi ilə əlaqədar əhalini bir daha təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə, söndürülməmiş siqaret kötüklərini ətrafa atmamağa, yanğın təhlükəsizliyi qaydalarına əməl etməyə və meşələrimizi və yaşıllıqlarımızı qorumağa çağırır".

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs