Əlaqə Arxiv
news Image
2012.04.20
17:48
| A A A
Baş nazirin başını kəsmək istəyib
Mövqe.az xəbər verir ki, Terror aktlarında 77 nəfəri  öldürən  sağçı Norveçli terrorist Anders Behrinq Breivik yalnız Utoya adasında həyatını itirən 69 adamı deyil, həmin vaxt adada olan  hər kəsi öldürmək istədiyini söyləyib. Onun adadakı 69 nəfərdən əlavə baş nazir Qro Harlemi də öldürmək istədiyini söyləməsi məhkəmədə olan  hər kəsi  çox təəccübləndirib.
Breivik  Köhnə Baş nazir Brundtlandın başını süngüylə kəsmək üçün plan hazırladığını, həmçinin  xarici işlər naziri Jonas Qahr Störenin də hədəfləri arasında olduğunu deyib.
Breivik Utöya Adasında reallaşdırdığı terror aktından  əvvəl paytaxt Oslodakı hökumət binası yaxınlığındakı bombalı hücumu  necə reallaşdırdığını, bomba istehsalında istifadə edilən vəsaitlər ilə silahları necə satın aldığını detallı və soyuqqanlı bir şəkildə izah edib.
O, terror aktlarını həyata keçirərkən Əl-Qaidənin üsullarından ilhamlandığını söyləyib.
Əfqanə Məzahirqızı
Sizin Reklam Yeriniz