news Image
2016.06.02
10:50
| A A A
Gəncədə mənzildə partlayış: xəsarət alanlar var

Gəncədə yaşayış evində partlayış olub. Movqe.az-ın verdiyi məlumata görə, hadisə şəhərin Heydər Əliyev prospektində, bina 93B mənzil 5-də qeydə alınıb.


Ev sahibi, 1960-cı il təvəllüdlü Tahir Nərimanov mənzilin vanna otağının işığını yandıran zaman partlayış baş verib. Hadisə zamanı T. Nərimanovun sifət və əlləri, həyat yoldaşı, 1964-cü il təvəllüdlü Asilə Nərimanovanın isə ayaq nahiyəsindən yanıq xəsarətləri alıb.


Qadına ambulator yardım göstərilsə də, T. Nərimanov Gəncə şəhər Təcili Tibbi Yardım xəstəxanasına yerləşdirilib. Vəziyyətinin normal olduğu bildirilir. Partlayışın qaz sızmasından baş verdiyi bildirilir. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.


Faktla bağlı araşdırma aparılır.


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs