news Image
2016.06.02
11:24
| A A A
2 nəfər quyuya düşərək ölüb

Abşeron rayonunda 2 nəfər quyuya düşərək ölüb. Fövqəladə Hallar Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Abşeron rayonu, Məmmədli qəsəbəsində 2 nəfərin su quyusuna düşərək köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1983-cü il təvəllüdlü Əliyev Ümid Bəxtiyar oğlu və 1987-ci il təvəllüdlü Babayev Rahim Sahib oğlu dərinliyi 4 m olan su quyusunda vəfat ediblər. Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri Ü.Əliyevin və R.Babayevin cəsədini quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 22:03-də başa çatıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs