news Image
2016.06.02
13:06
| A A A
Nardaran hadisələrində təqsirləndirilən daha bir şəxsə hökm oxundu

Sabunçu Rayon Məhkəməsində Nardaran hadisələrində təqsirləndirilərək həbs edilən Nardaran qəsəbə sakini Razi Abbasəli oğlu Babayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb. Movqe.az bildirir ki, prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə R.Babayev 2 il 9 ay azadlıqdan məhrum edilib.Xatırladaq ki, Razi Abbasəli oğlu Babayev ötən ilin noyabr ayında Nardaran qəsəbəsində hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdiyi əməliyyatdan sonra saxlanılaraq barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. R.Babayev Cinayət Məcəlləsinin 228-ci (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) maddəsilə ittiham olunub.Qeyd edək ki, 2015-ci il noyabrın 26-da hüquq-mühafizə orqanları əməkdaşları Bakının Nardaran qəsəbəsində "Müsəlman Birliyi" adı ilə fəaliyyət göstərən qurumun üzvlərinə qarşı xüsusi əməliyyat keçiriblər. Hadisə nəticəsində təşkilat üzvlərinin hüquq-mühafizə orqanları əməkdaşlarına qarşı silahlı müqavimət göstərməsi nəticəsində 2-si polis olmaqla 6 nəfər həlak olub, 14 nəfər isə yaralanmışdı. Hadisədən sonra təşkilatı dəstəkləyən onlarla şəxs silahla yaxalanıb.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs