Əlaqə Arxiv
news Image
2016.06.06
10:57
| A A A
Bakıda tələbə yataqxanasında qan töküldü

Bakıda bıçaqlanma hadisəsi baş verib. Movqe.az lent.az-a istinadən bildirir ki, Yasamal rayonu Şərifzadə küçəsi 196 ünvanında yerləşən Tibb Texnikumunun yataqxanasında Cəbrayıl rayon sakini, 1990-cı il təvəllüdlü İsgəndərov Elvin Məhəmməd oğlu bıçaqlanıb. Qarın nahiyəsindən kəsilmiş-deşilmiş xəsarət alan 26 yaşlı E.İsgəndərov Respublika Kliniki Xəstəxanasına yerləşdirilib. Faktla bağlı Yasamal rayon Polis İdarəsində araşdırma aparılır.

Sizin Reklam Yeriniz