Əlaqə Arxiv
news Image
2016.06.07
12:07
| A A A
Biləsuvarda əməliyyat keçirilib - silahlı dəstə zərərsizləşdirilib

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) əməkdaşları Biləsuvarda narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirib.


Movqe.az  Daxili İşlər Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi və Biləsuvar RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Anar Məcidov, Ağazakir Zəkiyev və qardaşı Ağakamal tutulublar.


Onların yaşadıqları Maştağa qəsəbəsindəki evlərinə baxış zamanı müvafiq sənədləri olmayan "Makarov" markalı tapança, "Vinçester" markalı ov tüfəngi, 1 ədəd patron darağı və 17 ədəd müxtəlif çaplı patron, habelə həyətyanı sahədə kultivasiya yolu ilə yetişdirilmiş, ümumi çəkisi 940 kiloqram olan 1449 ədəd çətənə kolu da aşkar edilərək götürülüb.


Faktla əlaqədar cinayət işi başlanıb.

Sizin Reklam Yeriniz