Əlaqə Arxiv
news Image
2016.06.07
12:15
| A A A
İstanbuldakı partlayışda Azərbaycan vətəndaşı yaralanıb

İstanbulda törədilən terror aktı nəticəsində yaralanan şəxslərdən biri Azərbaycan vətəndaşıdır.

 

Movqe.az-ın xəbərinə görə, bu barədə Türkiyənin NTV kanalına məlumat yayıb. Onun Haseki xəstəxanasına yerləşdirildiyi bildirilir.

 

Qeyd edək ki, hadisə nəticəsində 11 nəfərə ölüb. Ölənlərdən 7-si polis əməkdaşı, 4 nəfər isə mülki şəxsdir. Hadisə nəticəsində 36 nəfər yaralanıb ki, onlardan da 3 nəfərin vəziyyəti ağırdır. Bu gün səhər saatlarında Veznecilər məhəlləsində içərisində çevik polis qüvvələrinin olduğu avtomobilə hücum edilib. Polis avtomobili park edilmiş maşının yanından keçərkən partlayış baş verib. Sonra ikinci partlayış törədilib. Partlayışdan sonra polis əməkdaşları havaya atəş açıb./apa/

Sizin Reklam Yeriniz