Əlaqə Arxiv
news Image
2016.06.08
09:22
| A A A
Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb

Ceyranbatan su anbarının ətrafında baş verən yanğın söndürülüb.


Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, su anbarının ərazisində quru ot və kol-kos 15 ha sahədə yanıb.


Yanğının söndürülməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və Aviasiya dəstəsinin bir helikopteri cəlb olunub.


Yaxınlıqdakı meşə zolağı yanğından mühafizə olunub. Yanğın saat 23:10-da söndürülüb.

Sizin Reklam Yeriniz