Əlaqə Arxiv
news Image
2012.04.20
18:12
| A A A
İtaliya muzeyində əsərlər yandırılır
İtaliya hökumətinin sərt rejiminə etiraz üçün İtaliyada muzeydə bütün dünyadan olan orijinal bədii işlər yandırılıb.
Neapolda Kasoria Müasir Bədii Muzeyinin direktoruAntonio Manfredi bu həftə Fransız rəssamı Severine Bourguignon tərəfindən çəkilmiş rəsm əsərini yandırmaq la etiraza başlayıb.
Manfredi bildirib ki, muzey "İncəsənət Müharibəsi"adı altında hər həftə üç orijinal bədii işlər yandırılacaq.
O, CNN-ə bildirib ki, "Məndə dünya rəssamlarının 1000-ə yaxın orijinal əsərləri vardır və hökumətin laqeydliyinə görə onların hamısı artıq məhv olurlar. Biz hökumətdən ölkənin mədəniyyət müəssisələrinə diqqət yetirmələrini istəirik."
Borc problemləri ilə üzləşən İtaliya Baş Naziri Mario Monti, ölkədəki vəziyyəti dayandırmaq üçün ciddi tədbirlər göstərilməsini əmr edib.
Manfredi bildirib ki, bu yol mədəniyyət müəssisələrinə ağır zərbələr vurub.Roma, Palermo və başqa yerlərdə maliyyə çatışmazlığına görə bir neçə muzey bağlanıb.
Muzeydə yalnız sənətkarların xeyr-duası ilə əsərləri yandırılır.
Manfredi bildirib ki, Severine Bourguignon yanan rəsm əsərini Skype vasitəsilə izləyib, Neapoldan olan sənətkarRosaria Matarese isə çərşənbə günü şəxsən özü taxta heykəlini yandırıb.
Digər Avropa sənətkarları da etiraza qoşulub. Uels heykəltaraşı öz işini yandırıb və Youtube-da izlənilib.Manfredi bildirib ki, başqa sənətkarlar da gələn həftə öz bədii işlərini yandıracaq və bu Skype-da görüntülənəcək.
O CNN-ə bildirib ki, "Gələn həftə ilk rəssamlardan biri Avstraliya rəssamı olacaq.Ümid edirəm ki, hökumət məni dayandırar, çünki mənim etdiyim çox dəhşətli bir hərəkətdir."
Manfredi bildirib ki, "Əyər dövlət muzeyə maliyyə ayırmasa, onların Neapola gəlib pul olmadan muzeyin vəziyyətinin necə pis olduğunu görməklərini istəyirəm. Dövlət mənim etirazıma cavab verməlidir, cavab almayana qədər mən etirazımı dayandıqmayacağam."

Ziba Yusifova
Sizin Reklam Yeriniz