Əlaqə Arxiv
news Image
2016.06.09
09:07
| A A A
Qazaxıstan DİN: Aktobedə 6 terrorçunun axtarışı davam etdirilir

Qazaxıstanın polis və xüsusi xidmət orqanları Aktobe şəhərində silah dükanları və hərbi hissəyə hücum etməkdə şübhəli bilinən 6 nəfərin axtarışını davam etdirir.


Movqe.z-ın trend-ə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Daxili işlər nazirliyinin rəsmisi Almas Sadubayev bildirib.


"Hadisə ilə əlaqədar əməliyyat-axtarış tədbirləri davam etdirilir. 6 nəfər axtarışdadır", A.Sadubayev bildirib.


Qeyd edək ki, iyunun 5-də Aktobe şəhərində baş vermiş silahlı insident nəticəsində 3-ü hərbi qulluqçu olmaqla 7 nəfər ölüb.

Sizin Reklam Yeriniz