Əlaqə Arxiv
news Image
2016.06.09
15:00
| A A A
Bağdadda törədilən partlayışlarda 22 nəfər ölüb

 İraqın paytaxtı Bağdadda törədilən iki partlayış nəticəsində 22 nəfər ölüb, 70-dən çox insan yaralanıb.

 

Movqe.az-ın  "Reuters"ə istinadən verdiyi xəbərə görə, birinci partlayış Bağdadın şərqində yerləşən ticarət obyektlərinin yerləşdiyi məhəllədə törədilib. Polisin məlumatına görə, yol kənarına quraşdırılmış partlayıcının işə salınması nəticəsində 15 nəfər ölüb, 50-dən çox insan yaralanıb.

Birinci partlayışla təxminən eyni vaxtda terrorçu-kamikadzenin idarə etdiyi avtomobilin hərbi hissə yaxınlığında partladılması nəticəsində isə 7 hərbçi ölüb, 20-dən çox hərbçi isə yaralanıb.

Sizin Reklam Yeriniz