Əlaqə Arxiv
news Image
2016.06.10
12:14
| A A A
Yoldaşını yandıran məhkumun şikayəti təmin edilmədi

Bakı Apelyasiya Məhkəməsində Qobustan həbsxanasında məhkumu öldürməyə cəhddə ittiham olunan Ramiz İmaniyevin Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmündən verdiyi apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb. Movqe.az-ın məlumatına görə, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.Qərara görə, R.İmaniyevin apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyinin Qobustan həbsxanasının 512-ci kamerasında baş verib. R.İmaniyev kamera yoldaşı Ağasadıq Əliyevin yatdığı yerdə üstünə qaynar su tökərək yandırıb.

A.Əliyevə tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub. R.İmaniyev Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı sağlamlığa ağır xəsarət yetirmə) və 317-ci (Cəzaçəkmə müəssisələrinin və ya istintaq təcridxanalırının normal fəaliyyətini pozma) maddəsi ilə ittiham edilib.Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.İmaniyev 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilən şəxs apelyasiya şikayəti verib. R.İmaniyev cəzasının yüngülləşdirilməsini istəyib.Xatırladaq ki, bundan əvvəl R.İmaniyev Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham edilib və məhkəmənin hökmü ilə 15 il müddətinə azadlıqdan məhrum edilib.Hadisə zamanı xəsarət alan A.Əliyev isə "Eurovision 2012" mahnı yarışması ərəfəsində Azərbaycan Prezidentinə sui-qəsdə cəhddə hazırlıqda, Milli Təhlükəsizlik Nazirliyinin polkovnikini öldürməkdə təqsirli bilinib. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə məhkum olunub.

Sizin Reklam Yeriniz