Əlaqə Arxiv
news Image
2016.06.10
16:06
| A A A
Şəkidə qəribə olay: Ərindən boşanmaq üçün görün nə etdi - VİDEO

Şəki polisi şəhər ərazisində ictimai asayişi pozan iki nəfər şəxsi saxlayıb. Dindirilmə zamanı məlum olub ki, saxlanılan şəxslər ər-arvaddır.  Bazar ərazisində bir kişinin qadınla mübahisəsi polisi şübhələndirib. Bu zaman hər iki şəxs saxlanılaraq polis şöbəsinə gətirilib. Dindirilmə zamanı Şəki sakini Məhəmmədli Nigar Şəfaqət qızı hamını aldatmağa çalışıb. Məlum olub ki, Nigar əri Qəhrəmanov Qəhrəmandan ayrılmaq üçün qeyri-adi üsula əl atıb. O, əri də daxil olmaqla hər kəsi inandırmağa çalışıb ki, Nigar deyil. Şəhərdə gəzən və saxlanılan da guya onun oxşarıdır. Ancaq polisə ifadə verərərkən yalanlarının üzə çıxdığını görən Nigar məsuliyyətdən boyun qaçıra bilməyib. Bazar ərazisində hər kəsi yalanları ilə aldadan Nigar taksi sürücüsünü də öz toruna salmağa müvəffəq olub. Faktla bağlı polis şöbəsində dindirilmələr davam etdirilir. Saxlanılan Nigar Məmmədli bir vaxtlar keçirilən şouların birində münsifləri inandıraraq, biznes açması üçün onlardan 8000 manat da ala bilmişdi. (Region TV)


Sizin Reklam Yeriniz