Warning: opendir(/home/movqe/www/cache/): failed to open dir: No such file or directory in /usr/local/lib/php/Cache/Lite.php on line 632
Gəncədə bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs yaxalanıb
 
 
news Image
2016.06.10
19:30
| A A A
Gəncədə bankomatlardan vətəndaşların pulunu oğurlayan şəxs yaxalanıb

Gəncədə vətəndaşları aldadaraq bankomatlardan onların hesablarından pul oğurlayan şəxs saxlanılıb. Vətəndaşların şikayəti əsasında Gəncə şəhər Baş Polis İdarəsi əməkdaşları əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində şəhər sakini, 1982-ci il təvəllüdlü Əli Əzizov saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, şəhərin müxtəlif ərazilərində bankomatların qarşısında dayanaraq oradan pul çıxarmaq istəyən vətəndaşları "hesabınızda pul yoxdur" deyərək aldadıb və sonra onların hesabından çıxan pulu oğurlayıb. Təxminən 6 nəfərin hesabından 2 min manata yaxın pulu mənimsəyən Ə.Əzizov barəsində Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə cinayət işi başlayıb. (APA)


Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs