news Image
2016.06.12
16:30
| A A A
Vəkil: Cahangir Hacıyevin həyat yoldaşı axtarışa verilib

Azərbaycan Beynəlxalq Bankının idarə heyyətinin həbsdə olan sabiq sədri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın axtarışa verilməsi ilə bağlı fakt təsdiqlənib.

Z. Hacıyevanın dövlət tərəfindən təyin edilmiş vəkili Səxavət Şahbazov Trend-ə bildirib ki, iyunun 1-də Nərimanov rayon məhkəməsində hakim Turqay Hüseynovun sədrliyilə keçirilən prosesdə Zamirə Hacıyevanın barəsində həbs qətimkan tədbiri seçilib və onun tutularaq istintaqa təhvil verilməsi üçün barəsində axtarış elan edilib.

Vəkil bidirib ki, Zamirə Hacıyeva Beynəlxalq Bank işində mənimsəmə faktına görə təqsirləndirilir.

"Mən, dövlət tərəfindən vəkil təyin edildiyimə görə, Zamirə Hacıyevanın müqaviləli vəkili deyiləm. Ona görə də Azərbaycanda olmadığı üçün onunla əlaqə saxlamamışam", vəkil bildirib.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs