Gəncədə evdə yanğın baş verib
Gəncə şəhəri, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 225 kv.m olan birmərtəbəli 5 otaqlı evin 1 otağında 1 ədəd dolab və yataq dəsti yanıb.
Movqe.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunmuşdur.
Yanğın saat 12:30-da yanğınsöndürənlər tərəfindən söndürülmüşdür;