Əlaqə Arxiv
news Image
2016.06.13
09:07
| A A A
Qarət etmək istədilər, ikisi öldürüldü, biri tutuldu

Meksikada üç nəfər avtobus sərnişinlərini qarət etmək istədi, ancaq səyləri uğursuz alındı.


Mvqe.az-ın TASS-a istinadən verdiyi məlumata əsasən, qarətçilərdən ikisi öldürülüb, biri isə tutulub.


Hadisə Paçuka şəhərindən Mexikoya gedən reys avtobusunda baş verib. Silahlı quldurlar sərnişinlərin pullarını və qiymətli əşyalarını almağa başlayıblar. Onlardan biri, guman ki, müqavimətlə üzləşərək, atəş açmaq qərarına gəlib, ancaq qarət yoldaşını təsadüfən güllələyib. Bundan sonra sərnişinlər (təxminən 30 nəfər) ikinci quldurun üstünə cumaraq, onu ölümünə qədər döyüblər.


Xəsarət alan üçüncü qarətçi isə hüquq-mühafizə orqanlarının əməkdaşlarına təhvil verilib.

Sizin Reklam Yeriniz