Əlaqə Arxiv
news Image
2016.06.13
17:45
| A A A
Türkiyədə ABŞ Hava Qüvvələrinin əməkdaşının parçalanmış cəsədi tapıldı

Türkiyədə İncirlik 10 Hərbi Hava Bazasının yanğınsöndürmə briqadası rəhbərinin parçalanmış cəsədi tapılıb. 


Movqe.az-ın anspress-ə istinadən məlumatına görə, Adana şəhəri Çukurova rayonunun Toros məhəlləsində türk həyat yoldaşı ilə birlikdə yaşayan briqada rəhbəri amerikalı Tadeus Miçel Borovizin cəsədini qonşuları aşkar edib.


Hadisə yerinə gələn polis əməkdaşları araşdırma apararkən Borovizin iki ayağının olmadığının şahidi olub. Ayaqlar cəsədin 3 metr yaxınlığında aşkarlanıb.


Polis ilkin açıqlamasında onun 10 mərtəbəli binadan özünü atdığını ya da atıldığını bildirib. Lakin onun hər gün işə gedərkən özü ilə apardığı çantasının binanın girişində tapılması şübhə doğurub.


Hadisə yerinə gələn Tadeusun həyat yoldaşı Zeliha Boroviz onu görmək istəsə də polis parçalanan cəsədi onun həyat yoldaşına göstərməyib.


25 ildir ki, Tadeus Boroviz İncirlik Hərbi Hava Bazasında yanğınsöndürmə rəhbəri vəzifəsində işləyib.


1951-ci ildə inşasına başlanan İncirlik hərbi bazası 1954-cü ilin dekabrında Türk Silahlı Qüvvələri (TSK) və ABŞ Hava Qüvvələrinin ortaq istifadəsinə verilib.

Sizin Reklam Yeriniz