Əlaqə Arxiv
news Image
2016.06.14
16:32
| A A A
"Mirror": İŞİD-ın başçısı öldürülüb

İŞİD terror təşkilatının lideri Əbu Bəkr əl-Bağdadi ABŞ-ın rəhbərlik etdiyi antiterror koalisiyasının hava zərbələri nəticəsində öldürülüb.

Bu barədə Movqe.az  "Mirror" qəzetinə istinadən xəbər verir.

Qəzet yazır ki, Əbu Bəkr əl-Bağdadi iyunun 10-da Rakka şəhəri istiqamətində endirilən aviazərbələr nəticəsində məhv edilib. Digər mənbələrin bildirdiyinə əsasən, İŞİD lideri İraqın Mosul şəhərində öldürülüb.

İyunun 10-daİraqın "əs-Sumariya" telekanalının yaydığı xəbərə görə, Əbu Bəkr əl-Bağdadi və onun tərəfdaşları İraq - Türkiyə sərhədi yaxınlığında yaralanıblar. Bu məlumatı koalisiya təsdiqləməyib.

Sizin Reklam Yeriniz