news Image
2016.06.17
13:00
| A A A
Aeroport yolunda ağır qəza: ölən var

Dünən Bakıda avtomobilin vurub öldürdüyü piyadanın şəxsiyyəti müəyyənləşib.Movqe.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İyunun 16-da saat 20 radələrində Sabunçu qəsəbəsində Bakı şəhər sakini Samir Əliyev idarə etdiyi "Mercedes" markalı avtomobillə yolu keçən paytaxt sakini Camiddin Novruzovu vurub və o, hadisə yerində ölüb.Sabunçu RPİ tərəfindən araşdırma aparılır.



10:48

 

Bakıda daha bir ölümlə nəticələnən yol qəzası baş verib. Lent.az-ın məlumatına görə, magistral yolun SOCAR yanacaqdoldurma məntəqəsinin yaxınlığından keçən hissəsində "Mercedes" markalı, 90 ZV 304 dövlət qeydiyyat nişanlı avtomobil yolu keçməyə çalışan 73 yaşlı kişini vurub. Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs