Əlaqə Arxiv
news Image
2016.06.17
14:40
| A A A
Diplomat: “İŞİD lideri yaralanıb”

"İŞİD lideri Əbu Bəkr əl Bağdadi yaralanıb".Movqe.az-ın "RİA Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Suriyanın Moskvadakı səfiri Riyad Haddad bildirib. O deyib ki, İŞİD liderinin öldürülməsi ilə bağlı dəqiq məlumat yoxdur: "Onun öldürülməsi haqda dəqiq məlumat yoxdur, ancaq dəqiq bilirəm ki, yaralanıb. Lakin fərq etməz, çünki yaxın zamanlarda təkcə İŞİD-in lideri deyil, qalan üzvləri də öldürüləcək".

 

Qeyd edək ki, bundan əvvəl  mediada əl Bağdadinin koalisiya qüvvələrinin endirdiyi aviazərbələr nəticəsində yaralandığı barədə məlumatlar yayılmışdı. Böyük Britaniyanın "Mirror" nəşri isə İŞİD liderinin ölüm xəbərini yaymışdı.

Sizin Reklam Yeriniz