news Image
2016.06.17
16:22
| A A A
Heroini daxili orqanında gömrükdən keçirmək istədi

İrandan Azərbaycana narkotik maddə keçirilməsinin qarşısı alınıb.


Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, İrandan Azərbaycana piyada yolla gələn Azərbaycan vətəndaşı gömrükçülər tərəfindən saxlanılıb və qanunvericiliyin tələblərinə müvafiq olaraq onun üzərində şəxsi yoxlama aparılıb.


Yoxlama zamanı onun daxili orqanlarından xalis çəkisi 4.537 qram olan narkotik vasitə heroin və xalis çəkisi 1.160 qram olan psixotrop vasitə metafetamin aşkar olunaraq götürülüb.


Faktla bağlı araşdırma aparılır.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs