Əlaqə Arxiv
news Image
2016.06.20
13:30
| A A A
Bakıda piyadanı vurub qaçan sürücü tutuldu

Bakıda piyadanı vurub qaçan sürücü tutulub.


Movqe.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, iyunun 18-də saat 10 radələrində paytaxtın Xətai rayonu ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən 45-50 yaşlı kişi vurulub və həmin şəxs hadisə yerində ölüb.


Bakı Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti əməkdaşları tərəfindən hadisəni törətmiş "Tofaş" markalı avtomobilin sürücüsü, Göyçay rayon sakini Aqil Yusifov müəyyən edilib və Xətai rayon Polis İdarəsi 35-ci Polis bölməsi əməkdaşları tərəfindən saxlanılıb.

Sizin Reklam Yeriniz