news Image
2016.06.24
10:22
| A A A
Zaqatalada oğul 78 yaşlı atasını baltayla öldürüb

Zaqatalada qətl hadisəsi baş verib.


Zaqatala rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə iyunun 23-də rayonun Əliabad qəsəbəsində baş verib.

 

Rayonun Əliabad qəsəbə sakini, 1938-ci il təvəllüdlü Kərim Məhərrəm oğlu İmranovla birgə yaşadığı oğlu, 1965-ci il təvəllüdlü Zahir arasında mübahisə yaranıb.

 

Mübahisə daha sonra qızışaraq davaya çevrilib. Öncə 78 yaşlı ata oğluna balta ilə bir neçə zərbə vurub. Daha sonra oğul baltanı atasından alaraq onun baş nahiyəsinin arxa hissəsinə vuraraq qətlə yetirib.

 

Z. İmranov tutularaq istintaqa təhvil verilib. İlkin araşdırma zamanı məlum olub ki, ata oğlunu evdən çıxarmaq istəyib. Onların arasında mübahisə də elə bu səbəbdən baş verib. Məlumata bildirilir ki, Z. İmranov əsəb xəstəliyindən əziyyət çəkir.


Faktla bağlı Zaqatala rayon Prokurorluğunda cinayət işi başlayıb, araşdırma aparılır./apa/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs