Əlaqə Arxiv
news Image
2016.06.25
18:00
| A A A
Külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə Azərbaycana gətirilməsinin qarşısı alınıb

 Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

 

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Movqe.az-a verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda gömrük baxışı keçirilib. Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb.

 

Hər iki faktla bağlı araşdırma aparılır.

Sizin Reklam Yeriniz