news Image
2016.06.26
11:15
| A A A
Somalidə silahlı dəstə oteli ələ keçirib: ölənlər var (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 19:20-də yayımlanıb)


Partlayış nəticəsində ən azı 7 nəfər həlak olub, daha 10 nəfər isə xəsarət alıb. Trend-in Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bunu polis nümayəndəsi Əli Həsən bildirib.


XXX


Somalinin paytaxtı Moqadişoda silahlı şəxslər "Nasa-Hablod" otelinə hücum ediblər.


Bu barədə Movqe.az trend-ə istinadən xəbər verir.


Polisin məlumatına əsasən, "Əş-Şəbab" terror qruplaşmasının üzvləri olduğu ehtimal edilən silahlılar otelin qarşısında avtomobil partladıb, daha sonra isə binaya hücum ediblər.


Hazırda silahlılar və otelin mühafizəçiləri arasında şiddətli atışma davam edir.


Ölənlər və yaralananlar barədə hələlik məlumat yoxdur.

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs