Əlaqə Arxiv
news Image
2016.06.27
13:30
| A A A
Konsertdə partlayış olub, 2 nəfər ölüb, 84 nəfər yaralanıb

Madaqaskarın paytaxtı Antananarivu şəhərində baş verən partlayış nəticəsində 2 nəfər ölüb, 84 nəfər yaralanıb.


Movqe.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, insident stadionda keçirilən, Madaqaskarın dövlət müstəqilliyinə həsr olunmuş konsertdə baş verib.


İlkin məlumata əsasən, stadionda qumbara partladılıb. Madaqaskarın baş naziri Mahafalya Solonandrasana insidenti terror aktı kimi qiymətləndirib.

Sizin Reklam Yeriniz