news Image
2016.06.27
13:04
| A A A
"Sovetski"dəki yanğının səbəbi məlum oldu (YENİLƏNİB-3) (FOTO)

Bakıda "Sovetski" adlanan ərazidə yanğın baş verib.


Movqe.az xəbər verir ki, Trend-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, 60 kv.m-lik sahədə, təkər sexində qeydə alınan yanğın ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verib.


Yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.


X X X


12:52


Movqe.az-ın məlumatına görə, Balababa Məcidov küçəsi ilə Nərimanov Nərimanov prospektinin kəsişməsində, "Əfsanə" kafesi ilə üzbəüz, sökülmüş evin ərazisində yanğın davam edir.


Yanğının söndürülməsinə Yasamal Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 4 briqadası cəlb edilib.


Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, hadisə yerinə təcili tibbi yardım briqadaları da göndərilib.


Yanğının ərazidəki köhnə taxtalara və təkərlərə od düşməsi səbəbindən baş verdiyi ehtimal edilir. Yanğının "Mersedes" markalı avtomobilin və ikimərtəbəli yaşayış binasının bir hissəsinə keçdiyi bildirilir./trend/

Avqust ayının ən yaxşı futbolçusu

RUSLAN ABIŞOV
43%
DMİTRİ BEZOTOSNI
31%
CERARD PROQNİ
5%
FİLİP OZOBİÇ
21%
1019 səs